Roy Cons məğlubiyyətini şərh etdi

Roy Cons məğlubiyyətini şərh etdi
15:01 13 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi boksçu Roy Cons-kiçik ötən gün keçirdiyi görüşdəki məğlubiyyətini şərh edib.

ANS PRESS-in məlumatına görə, 35 yaşlı Uelsli boksçu Enzo Makkarinelli ilə ringə çıxan Cons görüş sonrası fikirlərini "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əla formada idim. Axşamı öz rusiyalı dostlarımla keçirmək istəyirdim. Hər şey gözlədiyimiz kimi olması, amma hamı sağ-salamatdır. Dəstəyə görə hamıya təşəkkürümü bildirirəm" - yazaraq Roy status paylaşıb. "Mən çıxıb mübarizə aparmağı üstün tutdum, bir daha hamıya təşəkkür edirəm."




Bu yaxınlarda Rusiya vətəndaşlığı əldə edən məşhur boksçu Roy Cons-kiçik Enzo Makkarinelliyə 4-cü raundda texniki nokautla uduzub.

Bu Consun 2011-ci ildən bəri ilk məğlubiyyəti olub. Hazırda Roy Consun aktivində 62 qələbə və 9 məğlubiyyət var. O həmçinin 4 çəki kateqoriyasında dünya çempionu olan ilk boksçudur.

Döyüş öncəsi Rusiya vətəndaşı Cons bu qarşılaşmanın onun karyerasında sonuncu ola biləcəyi haqda açıqlama vermişdi.


Roy Cons Enzo Makkarinelliyə qarşı

Bu ilin oktyabr ayının sonunda Rusiya prezidentiVladimir Putinin sərəncamı ilə Rusiya Federasiyasının vətəndaşı olan Roy Consa bu ölkənin pasportu təqdim edilib.


Roy Cons və Vladimir Putin

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR