Qənirə Paşayeva Suriya türkmənlərinin təmsilçiləri ilə görüşüb

Qənirə Paşayeva Suriya türkmənlərinin təmsilçiləri ilə görüşüb
16:44 13 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin rəsmi təmsilçiləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, onlar Suriyada türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. Millət vəkili Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bir neçə ay əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Suriya türkmənləri rəsmi təmsilçiləri millət vəkili Q. Paşayevaya bir aylıq əmək haqqını türkmənlərə bağışlaması və eyni zamanda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnsttutu İB tərəfindən edilən dəstəklər üçün də təşəkkür ediblər. Bu bizim borcumuzdur deyən millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasındam asılı olamayaraq hər bir Türk insanı imkanlarının çatdığı qədər acı və üzüntü içərisində yaşayan Suriya türkmənləri qardaş-bacılarımızın yanında olmalıdır. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR