Dilənçiyə ərə getdi

Dilənçiyə ərə getdi
16:47 13 Dekabr 2015
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçli Josefin Karlsson Rumıniyadan İsveçə dilənməyə gələn Florin Serhan adlı gəncə ərə gedib.

Big.az xarici KİV-lərə istinadən xəbər verir ki, altı uşaq anası olan 37 yaşlı isveçli Josefin Karlsson yaşadığı məhəllədə bir supermarketin qarşısında dilənən 21 yaşlı Florin Serhan ilə aprel ayında tanış olub və bir müddət sonra ona ərə getməyə qərar verib.

Toy mərasiminə yerli media böyük maraq göstərib. İsveç radiosuna danışan Karlsson: "İnsanlar bunun bir "Küllücə nağılı" olduğunu düşünürlər. Ancaq fərqli mədəni mənşələrə sahib olsaq da, normal insanlar kimi aşiq olduq və evləndik. O, çox yaxşı bir insandır", - deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR