Ruslar türk gəmisinə atəş açdılar

Ruslar türk gəmisinə atəş açdılar
16:57 13 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin hərbi attaşesi Egey dənizindəki olaya görə Rusiya Müdafiə Nazirliyinə çağırılıb

Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu gün Rusiyaya məxsus, Yunanıstanın Lemnos adasından 22 km məsafədə lövbər salmış "Smetlivıy" gəmisi Türkiyə gəmisi ilə toqquşmadan yayınıb. 

"Moskva vaxtı ilə 09:03-də gəminin növbətçiləri 1 min mil aralıda, sağ tərəfdən yaxınlaşan türk gəmisini qeydə alıblar", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qurumdan verilən məlumata görə, "Smetlivıy" gəmisinin çoxsaylı cəhdlərinə baxmayaraq türk gəmisinin heyəti rus dənizçilərlə radioəlaqəyə girməyib və vizual siqnallara da reaksiya verməyib. 

"Türk gəmisi yaxınlaşan zaman, Rusiyanın gözətçi gəmisinə 600 m qalmış gəmilərin toqquşmasının qarşısını almaq üçün Türkiyə gəmisi istiqamətində atəş açılıb", - Rusiya MN-dən bildirilib.  

Bu hadisədən sonra türk gəmisi istiqaməti dəyişib, rus heyətlə heç bir kontakta girməyərək Rusiya gəmisinin yanı ilə 540 m məsafədə hərəkəti davam etdirib. 

Rusiya MN başçısının müavini Anatoli Antonov hadisə ilə əlaqədar Türkiyənin Rusiyadakl hərbi attaşesini yanına çağırıb. 

Xatırladaq ki, bundan əvvəl isə Türkiyə XİN Rusiya səfirini çağıraraq Bosfordakı insidentə görə etiraz bildirib. 

Türkiyə KİV-ləri "Sezar Kunikov" gəmisində rus dənizçinin raket qurğusunu İstanbula yönəltdiyi halda şəklini çəkmişdilər. Türkiyə hakimiyyəti bunu təxribat kimi dəyərləndirmişdi.  

Rusiya XİN-dən isə cavab olaraq bildirilmişdi ki, gəmi nə Montrö Konvensiyasını, nə də mövcüd Türkiyə qayda-qanununu pozub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR