“Mərhəmət Yubileyi” çərçivəsində növbəti tədbir Müqəddəs Con Lateran bazilikasında keçirilib

“Mərhəmət Yubileyi” çərçivəsində növbəti tədbir Müqəddəs Con Lateran bazilikasında keçirilib
17:18 13 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 13 dekabr, AZƏRTAC
“Mərhəmət Yubileyi” çərçivəsində növbəti, ikinci “Müqəddəs Qapı”nın açılışı olub. Con Lateran bazilikasında keçirilmiş mərasimdə Roma Papası Fransisk kilsədəki “Müqəddəs Qapı”nı açaraq bütün dünya üçün mərhəmət və sülh duaları edib.
İki mindən çox insanın qatıldığı tədbirin keçirildiyi ərazidə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib. Roma Papası “Müqəddəs Qapı”ların açılması ilə böyük mərhəmət dövrünün başladığını bildirib. O deyib: “Yeni il ərəfəsində bəşəriyyəti narahat edən zorakılıqlara baxmayaraq, biz bütün acılardan uzaq olmalı və sevgi, ədalət hisslərini dərindən hiss etməliyik”.
Qeyd edək ki, tarixdə 27-ci müqəddəs il olan “Mərhəmət Yubileyi” cari il martın 13-də Roma Papası Fransisk tərəfindən elan olunub. Yubiley çərçivəsində ilk tədbir Müqəddəs Pyotr bazilikasında keçirilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merhemet_Yubileyi_cherchivesinde_novbeti_tedbir_Muqeddes_Con_Lateran_bazilikasinda_kechirilib-910908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR