"Günəşli"dəki yanğını ram etməyə az qaldı

"Günəşli"dəki yanğını ram etməyə az qaldı
17:57 13 Dekabr 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu özülündə davam edən yanğının qarşısının alınmasında əsaslı dönüş qeydə alınıb. 

Dövlət Neft Şirkətindən anspress-ə verilən məlumata görə, şirkət mütəxəssisləri, prosesə cəlb olunmuş amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar. Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.

Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsada, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/389891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR