Azərbaycanlı müğənni qiymətdə 50 FAİZ endirim etdi

Azərbaycanlı müğənni qiymətdə 50 FAİZ endirim etdi
17:59 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ailə qurduqdan sonra şou-bizneslə vidalaşan, hicaba keçərək həyat tərzinizi dəyişən müğənni Xuraman Şuşalı yaradıcılıq işlərindən danışıb.

Lent.az-n musavat.com-a istinadən verdiyi məlumata görə, müğənni bildirib ki, yeni mahnılar üzərində çalışır:“Sənətdən uzaqlaşmamışam. Bəzi verilişlər mənim həyat və geyim tərzimə uyğun gəlmədiyi üçün o verilişlərdə iştirak edə bilmirəm. Düşünürəm ki, həmin verilişdə iştirak etməyim yersizdir. Yeni mahnılarım var, onları ifa edəcəyəm. Mən tələsmədən hərəkət edirəm. Məhərrəmlikdə mahnılar yazdırmadım, ağır aylardır, o ayların hörmətini saxladım. Sabahdan başlayaraq, yeni mahnılar yazdıracağam. Özümü sənətdən uzaqlaşmış hesab etmirəm. Sadəcə, öz yoluma çəkilmişəm. Bu, çətin və şərəfli yoldur. Müğənniliyi davam etdirirəm”.

- Məşhur müğənni olaraq, təmtəraqlı həyata gedən yoldan necə əl çəkdiniz?

- Məşhur müğənni olsam da, istədiyim həyat o deyildi. Mənim hazırda seçdiyim yol təmtəraqlı həyata, əbədi gözəlliyə aparır. Düşünürəm ki, hazırda seçdiyim yol, düz yoldur.

- Həyatınızın dəyişməsində həyat yoldaşınızın rolunu daim qeyd edirsiniz. Həyat yoldaşınızı hansı keyfiyyətlərinə görə seçib, ailə qurdunuz?

- Həyat yoldaşımda Allah sevgisi, qorxusu var. Ən sevdiyim xüsusiyyəti budur. Biz dostluq edən müddətdə onun Allaha nə qədər bağlı insan olduğunu gördüm, daha sonra aramızda sevgi yarandı. Deyirlər ki, həyat yoldaşıma görə hicab bağlamışam. Allah eşqi olduğu üçün hicaba keçdim, bir gecənin içərisində qərar verdim. Hicab bağlamağım şouya və ya yoldaşıma görə deyil. Allah mənim hicab bağlamağımı istəyib. Xanımlar da ürəyində Allah sevgisi olan bəylərlə ailə qursunlar, o zaman o insan etdiyi hərəkətlərə özü diqqət yetirir. Xanımı qısqanacaq və ya narahat olacaq deyə deyil, günah etməmək üçün özünə, hərəkətlərinə diqqət edir.

- Bir neçə ildir ki, hicab bağlayırsınız. Amma bu addımınız hələ də müzakirə olunur. Bu, sizə necə təsir edir?

- Bəziləri düşünürlər ki, şou xətrinə hicab bağlamışam. Yanvarın 16-da hicab bağlamağımın üçüncü ili tamam olacaq. Şou bir-iki gün olar, 3 il şou olmaz. Hicab mənim axirətim və bu günüm üçün olan şeydir. Allahın əmridir, Allahın qəzəbindən qorxan insan kimi bu əmri yerinə yetirmişəm. Hicab vacib amildir. Bu dünyamı və axirətimi itirməməkdən ötrü vacibatımı yerinə yetirirəm.

- Uzun illərdir ki, sənətdəsiniz. Bu sahədə nələri bəyənmirsiniz?

- Bu sahədə paxıllığı və verilişlərin təqdimatını bəyənmirəm. Bəzi verilişlərdə məni həyasız adam kimi təqdim ediblər. Məni yaxından tanıyanlar deyirlər ki, “Xuraman efirdə səni fərqli təqdim edirlər, olduğun kimi görünmürsən”.

Montaj etmək, süjet yığmaq verilişlərin yaradıcı heyətinin əlindədir. Bəzən məni elə mövzulu proqrama çağırırdılar ki, özümdən çıxırdım. Allaha şükür olsun ki, əksər verilişlərdə bu cür hallar yığışdırılıb. Ruzini verən Allahdır. Heç kim heç kimə paxıllıq etməsin, uğurunun qarşısını kəsməsin. Əsas odur ki, halal ruzinin dalınca qaçaq, ailəmizə, sevdiklərimizə halal çörək yedizdirək. Haram insanı harama aparar. Allah bizə az yetirsin, halal yetirsin. Qazancımızı rahatlıqla yeyək, can sağlığımız olsun.

- Şou-biznesdə dostlarınız kimlərdir?

- Dostlarım çoxdur. Elnarə Xəlilova, Elnur Məmmədov, Səidə Sultan, Natəvan Həbibi pis günümdə yanımda olacaq dostlarımdır. Allah onlara pis gün qismət etməsin. Daim yanlarında olmağa hazıram.

- Müğənni olmağınıza, şou-biznesə qoşulmağınıza görə peşman olmamısınız ki..?

- Həyatımı çox müzakirə etmirəm. Bilmədən etdiyimiz günahları, günah hesab etmirəm. O zaman mən düşünürdüm ki, düzü odur. Əsas odur ki, düzü tapasan, peşman olacağın yola getməyəsən. Müğənni olmağıma peşman deyiləm. Allah mənə gözəl səs, aktrisalıq qabiliyyəti verib. Bacarığı doğru istiqamətdə istifadə etmək lazımdır. İndi qadın məclislərinə gedirəm. Aktyorluq qabilliyyətim var. İncəsənət Gimnaziyasını, Konservatoriyanı bitirmişəm, dahi sənətkarların tələbəsi olmuşam. Bu gün böyük ansamblım, qadın işçi heyətim, toy, xına dekorum var. Məclislərin təşkilatçılığını boynuma götürüb, öhdəsindən gəlirəm. Həm ailəmin ruzisini qazanıram, həm də sevdiyim sənətlə məşğulam. Oxuyuram, sənətdən uzaqlaşmamışam. Yalnız içki məclislərində iştirak etmirəm, mənə uyğun olmayan verilişlərə çıxmıram.

- Dindar və ailəli xanım olaraq, Xuraman Şuşalının qadınlara, gənc qızlara hansı tövsiyələri var?

- Ailə qursunlar, ailələrini övladlarını birinci tutsunlar. Ailələrini karyeralarına qurban verməsinlər. Karyeranı həmişə qurmaq olar. Həyatlarını ailələrinə, övladlarına həsr etsinlər. Hər hansı tamaşaçı rəğbətinə görə ailədən uzaqlaşmasınlar. Ailə daim insanın yanında olur, pərəstişkar isə sabah başqa müğənniyə fanatlıq edə bilər. Dünən bir nömrəli adlandırdığımız müğənninin fanatları, bu gün başqalarına pərəstiş edirlər. Qadınların özlərini kiməsə, nəyəsə qurban vermələrinin tərəfdarı deyiləm. Hər şey miqdarında gözəldir.

- Elnarə Xəlilova dördüncü dəfə hamilədir. Bəs, siz yenidən ana olmağı düşünmürsünüz?

- Allah övladını sağ-salamat dünyaya gətirsin. Elnarə ilə dostuq. Yenidən ana olmasına çox sevindim. Amma dördüncü dəfə ana olmaq haqda düşünmürəm. Uşaqlarım çox körpədir. Elnarənin kiçik oğlu mənim böyük övladımla yaşıddır. Balaca övıadımın 1 yaşı var. Dalbadal ana olmaq səhhətimdə problem yaratdı. Allah verdiklərini göz dolusu versin. Yenidən ana olmaq planlarımda yoxdur.

- Ölkədə maliyyə böhranı var. Toy və xınayaxdı mərasimlərinin qiymətlərində endirim edəcəksinizmi?

- Böhrana görə 50 faiz endirim etmişəm. Xına, toy məclislərinə baha qiymətə getmirəm. Daim qarşımdakı insanın maddi durumunu nəzərə almışam. Allah bütün subaylara toy qismət etsin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

26 İyul 2017 04:47

Rusiya daha miqyaslı sanksiyalar astanasındadır

26 İyul 2017 04:39

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

26 İyul 2017 04:37

Okean sahilində ev - FOTO

26 İyul 2017 04:32

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....

26 İyul 2017 04:18

Timati bu sevgilisindən də ayrıldı?

26 İyul 2017 04:09

Yaşlı qadının gözlərindən 27 linza çıxarıldı

26 İyul 2017 03:49

Viza rejiminin ləğvi üçün Ankaraya 5 ŞƏRT

26 İyul 2017 03:43

KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir

26 İyul 2017 03:42

Qazaxda AĞIR QƏZA - Ölən və yaralananlar var

26 İyul 2017 03:38

Memar mənzili çox fərqlidir - FOTO

26 İyul 2017 03:32

Çempionlar Liqası, III təsnifat mərhələsi - BÜTÜN NƏTİCƏLƏR

26 İyul 2017 03:28

Qətər səfiri ölkəni boykot edən ərəb dövlətləri ilə müharibəni istisna etməyib

26 İyul 2017 03:27

Astroloji proqnoz - 26 iyul

26 İyul 2017 03:18

Avropa Komissiyası: Ankara 5 şərti icra etməlidir

26 İyul 2017 03:09

Qəbiristanlıqda rəqs edən qadınları bələdiyyə işdən qovdu - VİDEO

26 İyul 2017 03:03

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33