"Böhran səbəbindən 50% endirim etmişəm..." - Xuraman

"Böhran səbəbindən 50% endirim etmişəm..." - Xuraman
18:06 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Xuraman Şuşalı əri ilə meşədə... (25 Mart 2017 14:19)

Ailə qurduqdan sonra şou-bizneslə vidalaşan, hicaba keçərək həyat tərzinizi dəyişən müğənni Xuraman Şuşalı yaradıcılıq işlərindən danışıb.

Axşam.az musavat.com-a istinadən verdiyi məlumata görə, müğənni bildirib ki, yeni mahnılar üzərində çalışır:

“Sənətdən uzaqlaşmamışam. Bəzi verilişlər mənim həyat və geyim tərzimə uyğun gəlmədiyi üçün o verilişlərdə iştirak edə bilmirəm. Düşünürəm ki, həmin verilişdə iştirak etməyim yersizdir. Yeni mahnılarım var, onları ifa edəcəyəm. Mən tələsmədən hərəkət edirəm. Məhərrəmlikdə mahnılar yazdırmadım, ağır aylardır, o ayların hörmətini saxladım. Sabahdan başlayaraq, yeni mahnılar yazdıracağam. Özümü sənətdən uzaqlaşmış hesab etmirəm. Sadəcə, öz yoluma çəkilmişəm. Bu, çətin və şərəfli yoldur. Müğənniliyi davam etdirirəm”.

- Məşhur müğənni olaraq, təmtəraqlı həyata gedən yoldan necə əl çəkdiniz?

- Məşhur müğənni olsam da, istədiyim həyat o deyildi. Mənim hazırda seçdiyim yol təmtəraqlı həyata, əbədi gözəlliyə aparır. Düşünürəm ki, hazırda seçdiyim yol, düz yoldur.

- Həyatınızın dəyişməsində həyat yoldaşınızın rolunu daim qeyd edirsiniz. Həyat yoldaşınızı hansı keyfiyyətlərinə görə seçib, ailə qurdunuz?

- Həyat yoldaşımda Allah sevgisi, qorxusu var. Ən sevdiyim xüsusiyyəti budur. Biz dostluq edən müddətdə onun Allaha nə qədər bağlı insan olduğunu gördüm, daha sonra aramızda sevgi yarandı. Deyirlər ki, həyat yoldaşıma görə hicab bağlamışam. Allah eşqi olduğu üçün hicaba keçdim, bir gecənin içərisində qərar verdim. Hicab bağlamağım şouya və ya yoldaşıma görə deyil. Allah mənim hicab bağlamağımı istəyib. Xanımlar da ürəyində Allah sevgisi olan bəylərlə ailə qursunlar, o zaman o insan etdiyi hərəkətlərə özü diqqət yetirir. Xanımı qısqanacaq və ya narahat olacaq deyə deyil, günah etməmək üçün özünə, hərəkətlərinə diqqət edir.

- Bir neçə ildir ki, hicab bağlayırsınız. Amma bu addımınız hələ də müzakirə olunur. Bu, sizə necə təsir edir?

- Bəziləri düşünürlər ki, şou xətrinə hicab bağlamışam. Yanvarın 16-da hicab bağlamağımın üçüncü ili tamam olacaq. Şou bir-iki gün olar, 3 il şou olmaz. Hicab mənim axirətim və bu günüm üçün olan şeydir. Allahın əmridir, Allahın qəzəbindən qorxan insan kimi bu əmri yerinə yetirmişəm. Hicab vacib amildir. Bu dünyamı və axirətimi itirməməkdən ötrü vacibatımı yerinə yetirirəm.
 
- Uzun illərdir ki, sənətdəsiniz. Bu sahədə nələri bəyənmirsiniz?

- Bu sahədə paxıllığı və verilişlərin təqdimatını bəyənmirəm. Bəzi verilişlərdə məni həyasız adam kimi təqdim ediblər. Məni yaxından tanıyanlar deyirlər ki, “Xuraman efirdə səni fərqli təqdim edirlər, olduğun kimi görünmürsən”. Montaj etmək, süjet yığmaq verilişlərin yaradıcı heyətinin əlindədir. Bəzən məni elə mövzulu proqrama çağırırdılar ki, özümdən çıxırdım. Allaha şükür olsun ki, əksər verilişlərdə bu cür hallar yığışdırılıb. Ruzini verən Allahdır. Heç kim heç kimə paxıllıq etməsin, uğurunun qarşısını kəsməsin. Əsas odur ki, halal ruzinin dalınca qaçaq, ailəmizə, sevdiklərimizə halal çörək yedizdirək. Haram insanı harama aparar. Allah bizə az yetirsin, halal yetirsin. Qazancımızı rahatlıqla yeyək, can sağlığımız olsun.

- Şou-biznesdə dostlarınız kimlərdir?

- Dostlarım çoxdur. Elnarə Xəlilova, Elnur Məmmədov, Səidə Sultan, Natəvan Həbibi pis günümdə yanımda olacaq dostlarımdır. Allah onlara pis gün qismət etməsin. Daim yanlarında olmağa hazıram.

- Müğənni olmağınıza, şou-biznesə qoşulmağınıza görə peşman olmamısınız ki..?

- Həyatımı çox müzakirə etmirəm. Bilmədən etdiyimiz günahları, günah hesab etmirəm. O zaman mən düşünürdüm ki, düzü odur. Əsas odur ki, düzü tapasan, peşman olacağın yola getməyəsən. Müğənni olmağıma peşman deyiləm. Allah mənə gözəl səs, aktrisalıq qabiliyyəti verib. Bacarığı doğru istiqamətdə istifadə etmək lazımdır. İndi qadın məclislərinə gedirəm. Aktyorluq qabilliyyətim var. İncəsənət Gimnaziyasını, Konservatoriyanı bitirmişəm, dahi sənətkarların tələbəsi olmuşam. Bu gün böyük ansamblım, qadın işçi heyətim, toy, xına dekorum var. Məclislərin təşkilatçılığını boynuma götürüb, öhdəsindən gəlirəm. Həm ailəmin ruzisini qazanıram, həm də sevdiyim sənətlə məşğulam. Oxuyuram, sənətdən uzaqlaşmamışam. Yalnız içki məclislərində iştirak etmirəm, mənə uyğun olmayan verilişlərə çıxmıram.

- Dindar və ailəli xanım olaraq, Xuraman Şuşalının qadınlara, gənc qızlara hansı tövsiyələri var?
 
- Ailə qursunlar, ailələrini övladlarını birinci tutsunlar. Ailələrini karyeralarına qurban verməsinlər. Karyeranı həmişə qurmaq olar. Həyatlarını ailələrinə, övladlarına həsr etsinlər. Hər hansı tamaşaçı rəğbətinə görə ailədən uzaqlaşmasınlar. Ailə daim insanın yanında olur, pərəstişkar isə sabah başqa müğənniyə fanatlıq edə bilər. Dünən bir nömrəli adlandırdığımız müğənninin fanatları, bu gün başqalarına pərəstiş edirlər. Qadınların özlərini kiməsə, nəyəsə qurban vermələrinin tərəfdarı deyiləm. Hər şey miqdarında gözəldir.

- Elnarə Xəlilova dördüncü dəfə hamilədir. Bəs, siz yenidən ana olmağı düşünmürsünüz?
 
- Allah övladını sağ-salamat dünyaya gətirsin. Elnarə ilə dostuq. Yenidən ana olmasına çox sevindim. Amma dördüncü dəfə ana olmaq haqda düşünmürəm. Uşaqlarım çox körpədir. Elnarənin kiçik oğlu mənim böyük övladımla yaşıddır. Balaca övıadımın 1 yaşı var. Dalbadal ana olmaq səhhətimdə problem yaratdı. Allah verdiklərini göz dolusu versin. Yenidən ana olmaq planlarımda yoxdur.

- Ölkədə maliyyə böhranı var. Toy və xınayaxdı mərasimlərinin qiymətlərində endirim edəcəksinizmi?

- Böhrana görə 50 faiz endirim etmişəm. Xına, toy məclislərinə baha qiymətə getmirəm. Daim qarşımdakı insanın maddi durumunu nəzərə almışam. Allah bütün subaylara toy qismət etsin.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

26 Aprel 2017 06:14

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26 Aprel 2017 05:57

Məktəbli avtobusu qəzaya uğradı - 15 yaralı

26 Aprel 2017 05:48

Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib

26 Aprel 2017 05:42

Supermodellər bir arada - FOTO

26 Aprel 2017 05:32

Mosulda 15 dinc sakin öldürüldü

26 Aprel 2017 05:19

"İlk görüşdə yatağa girmirəm"

26 Aprel 2017 05:04

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26 Aprel 2017 04:57

Ağırlıqqaldırma ilə məşğul olan 16 yaşlı qız dünyasını dəyişdi

26 Aprel 2017 04:53

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05