Tərlan Əhmədov: "Futbolçulara söyləmişdim ki..."

Tərlan Əhmədov: "Futbolçulara söyləmişdim ki..."
18:07 13 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:


“Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidilər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdu. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək”. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdov-quotfutbolculara-soylmidim-kiquot-t46109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR