Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Eyni sözləri demək məni bezdirir" - Yunis Hüseynov

"Eyni sözləri demək məni bezdirir" -   Yunis Hüseynov

Date: 13 December 2015 18:07

Yunis Hüseynov AZAL-la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi bunları deyib: 

“Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq.  Bəzi dəyişikliklər olmalıdı. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil”.

Fanat.az

Tags:  Eyni sözləri məni bezdirir Yunis Hüseynov

RƏYLƏR


Top news