Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

FHN, SOCAR və BP mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradıb

FHN,  SOCAR və BP mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradıb

“STAR” zavodunda işlərin 85%-i tamamlanıb (15 Mart 2017 10:52)
SOCAR iki ayda 1,2 mln. ton neft hasil edib (14 Mart 2017 17:57)
“Neft Daşları” yatağında yeni quyu qazılır (13 Mart 2017 15:42)

Tarix: 13 Dekabr 2015 18:13

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bunnan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  FHN SOCAR BP mümkün neft dağılmaları mübarizə işçi qrupu yaradıb



RƏYLƏR


Top xəbərlər