Xəstəxanalıq olan əməkdar artist: "Gözə gəldim"

Xəstəxanalıq olan əməkdar artist: "Gözə gəldim"
18:17 13 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun səhhətində irəliləyişlər olsa da, həkimlər aktyorun müalicə müddətini uzadıblar.

Bunu publika.az-a aktyor özü bildirib:
 
"Elə bilirdim, yaxşılaşmışam, amma xəstəlik məndən əl çəkmir. Həkimlər yenidən qan analizinə ehtiyac olduğunu dedilər. Yenə də qaraciyərimdən şübhələnirdilər. Analizlərin nəticəsi qorxulu olmasa da, müalicə müddəti uzadıldı. Özümü gözləməliyəm, əsəb və stressdən uzaq durmalıyam. Bütün günü yorğan-döşəkdə olmaq məni darıxdırır. Elə bil gözə gəldim, hamı deyirdi ki, 70 yaşın var, amma cavan oğlana oxşayırsan. Öz-özümlə danışa-danışa qalmışam ki, indi necə olacaq? Şəhərin bu başından vurub, o başından çıxırdım. Bütün günü gəzən adam, indi evdən bayıra çıxa bilmirəm".   

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/389893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR