Xuraman Şuşalı: "Deyirlər ki, həyat yoldaşıma görə hicab bağlamışam"

Xuraman Şuşalı: "Deyirlər ki, həyat yoldaşıma görə hicab bağlamışam"
19:12 13 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Xuraman: "Elnarə məni bu mövzuda "bağlayar"" (23 İyun 2017 15:22)
Natavanın anası və qayınanası bir arada - FOTO (21 İyun 2017 15:12)
Xuraman Şuşalı: “Tezliklə iki mahnı ilə..." (09 İyun 2017 16:39)

Ailə qurduqdan sonra şou-bizneslə vidalaşan, hicaba keçərək, həyat tərzinizi dəyişən müğənni Xuraman Şuşalı yaradıcılıq işlərindən danışıb. 

Musavat.com saytının suallarını cavablandıran müğənni bildirib ki, yeni mahnılar üzərində çalışır: "Sənətdən uzaqlaşmamışam. Bəzi verilişlər mənim həyat və geyim tərzimə uyğun gəlmədiyi üçün o verilişlərdə iştirak edə bilmirəm. Düşünürəm ki, həmin verilişdə iştirak etməyim yersizdir. Yeni mahnılarım var, onları ifa edəcəyəm. Mən tələsmədən hərəkət edirəm. Məhərrəmlikdə mahnılar yazdırmadım, ağır aylardır, o ayların hörmətini saxladım. Sabahdan başlayaraq, yeni mahnılar yazdıracağam. Özümü sənətdən uzaqlaşmış hesab etmirəm. Sadəcə, öz yoluma çəkilmişəm. Bu, çətin və şərəfli yoldur. Müğənniliyə davam etdirirəm". 

- Məşhur müğənni olaraq, təmtəraqlı həyata gedən yoldan necə əl çəkdiniz?

- Məşhur müğənni olsam da, istədiyim həyat o deyildi. Mənim hazırda seçdiyim yol təmtəraqlı həyata, əbədi gözəlliyə aparır. Düşünürəm ki, hazırda seçdiyim yol, düz yoldur.

- Həyatınızın dəyişməsində həyat yoldaşınızın rolunu daim qeyd edirsiniz. Həyat yoldaşınızı hansı keyfiyyətlərinə görə seçib, ailə qurdunuz?

- Həyat yoldaşımda Allah sevgisi, qorxusu var. Ən sevdiyim xüsusiyyəti budur. Biz dostluq edən müddətdə onun Allaha nə qədər bağlı insan olduğunu gördüm, daha sonra aramızda sevgi yarandı. Deyirlər ki, həyat yoldaşıma görə hicab bağlamışam. Allah eşqi olduğu üçün  hicaba keçdim, bir gecənin içərisində qərar verdim. Hicab bağlamağım şouya və ya yoldaşıma görə deyil. Allah mənim hicab bağlamağımı istəyib. Xanımlar da ürəyində Allah sevgisi olan bəylərlə ailə qursunlar, o zaman o insan etdiyi hərəkətlərə özü diqqət yetirir. Xanımı qısqanacaq və ya narahat olacaq deyə deyil, günah etməmək üçün özünə, hərəkətlərinə diqqət edir.

- Bir neçə ildir ki, hicab bağlayırsınız. Amma bu addımınız hələ də müzakirə olunur. Bu, sizə necə təsir edir?

- Bəziləri düşünürlər ki, şou xətrinə hicab bağlamışam. Yanvarın 16-da hicab bağlamağımın üçüncü ili tamam olacaq. Şou bir-iki gün olar, 3 il şou olmaz. Hicab mənim axirətim və bu günüm üçün olan şeydir. Allahın əmridir, Allahın qəzəbindən qorxan insan kimi bu əmri yerinə yetirmişəm. Hicab vacib amildir. Bu dünyamı və axirətimi itirməməkdən ötrü vacibatımı yerinə yetirirəm.

- Uzun illərdir ki, sənətdəsiniz. Bu sahədə nələri bəyənmirsiniz?

- Bu sahədə paxıllığı və verilişlərin təqdimatını bəyənmirəm. Bəzi verilişlərdə məni həyasız adam kimi təqdim ediblər. Məni yaxından tanıyanlar deyirlər ki, "Xuraman efirdə səni fərqli təqdim edirlər, olduğun kimi görünmürsən". Montaj etmək, süjet yığmaq verilişlərin yaradıcı heyətinin əlindədir. Bəzən məni elə mövzulu proqrama çağırırdılar ki, özümdən çıxırdım. Allaha şükür olsun ki, əksər verilişlərdə bu cür hallar yığışdırılıb. Ruzini verən Allahdır. Heç kim heç kimə paxıllıq etməsin, uğurunun qarşısını kəsməsin. Əsas odur ki, halal ruzinin dalınca qaçaq, ailəmizə, sevdiklərimizə halal çörək yedizdirək. Haram insanı harama aparar. Allah bizə az yetirsin, halal  yetirsin. Qazancımızı rahatlıqla yeyək, can sağlığımız olsun.

- Şou-biznesdə dostlarınız kimlərdir?

- Dostlarım çoxdur. Elnarə Xəlilova, Elnur Məmmədov, Səidə Sultan, Natəvan Həbibi pis günümdə yanımda olacaq dostlarımdır. Allah onlara pis gün qismət etməsin. Daim yanlarında olmağa hazıram.
 
- Müğənni olmağınıza, şou-biznesə qoşulmağınıza görə peşman olmamısınız ki?

- Həyatımı çox müzakirə etmirəm. Bilmədən etdiyimiz günahları, günah hesab etmirəm. O zaman mən düşünürdüm ki, düzü odur. Əsas odur ki, düzü tapasan, peşman olacağın yola getməyəsən. Müğənni olmağıma peşman deyiləm. Allah mənə gözəl səs, aktrisalıq qabiliyyəti verib. Bacarığı doğru istiqamətdə istifadə etmək lazımdır. İndi qadın məclislərinə gedirəm. Aktyorluq qabilliyyətim var. İncəsənət Gimnaziyasını, Konservatoriyanı bitirmişəm, dahi sənətkarların tələbəsi olmuşam. Bu gün böyük ansamblım, qadın işçi heyətim, toy, xına dekorum var. Məclislərin təşkilatçılığını boynuma götürüb, öhdəsindən gəlirəm. Həm ailəmin ruzisini qazanıram, həm də sevdiyim sənətlə məşğulam. Oxuyuram, sənətdən uzaqlaşmamışam. Yalnız içki məclislərində iştirak etmirəm, mənə uyğun olmayan verilişlərə çıxmıram.

- Dindar və ailəli xanım olaraq, Xuraman Şuşalının qadınlara, gənc qızlara hansı tövsiyələri var? 

- Ailə qursunlar, ailələrini övladlarını birinci tutsunlar. Ailələrini karyeralarına qurban verməsinlər. Karyeranı həmişə qurmaq olar. Həyatlarını ailələrinə, övladlarına həsr etsinlər. Hər hansı tamaşaçı rəğbətinə görə ailədən uzaqlaşmasınlar. Ailə daim insanın yanında olur, pərəstişkar isə sabah başqa müğənniyə fanatlıq edə bilər. Dünən bir nömrəli adlandırdığımız müğənninin fanatları, bu gün başqalarına pərəstiş edirlər. Qadınların özlərini kiməsə, nəyəsə qurban vermələrinin tərəfdarı deyiləm. Hər şey miqdarında gözəldir.

- Elnarə Xəlilova dördüncü dəfə hamilədir. Bəs siz yenidən ana olmağı düşünmürsünüz? 

- Allah övladını sağ-salamat dünyaya gətirsin. Elnarə ilə dostuq. Yenidən ana olmasına çox sevindim. Amma dördüncü dəfə ana olmaq haqda düşünmürəm. Uşaqlarım çox körpədir. Elnarənin kiçik oğlu mənim böyük övladımla yaşıddır. Balaca övıadımın 1 yaşı var. Dalbadal ana olmaq səhhətimdə problem yaratdı. Allah verdiklərini göz dolusu versin. Yenidən ana olmaq planlarımda yoxdur.

- Ölkədə maliyyə böhranı var. Toy və xınayaxdı mərasimlərinin qiymətlərində endirim edəcəksinizmi? 

- Böhrana görə 50 faiz endirim etmişəm. Xına, toy məclislərinə baha qiymətə getmirəm. Daim qarşımdakı insanın maddi durumunu nəzərə almışam. Allah bütün subaylara toy qismət etsin.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37