Bakıda Macarıstanda təqaüd proqramları barədə təqdimat keçiriləcək

Bakıda Macarıstanda təqaüd proqramları barədə təqdimat keçiriləcək
19:18 13 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 13 dekabr, AZƏRTAC
Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan STUDY in HUNGARY-nin təşkilatçılığı ilə dekabrın 20-də Bakıda bu ölkənin təhsil və təqaüd proqramları barədə təqdimat keçiriləcək.
Təqdimat saat 14:30-da STUDY in HUNGARY-nin Bakı ofisində reallaşacaq. Tədbirdə Macarıstanın təqaüd proqramları, o cümlədən İnternational Business School, Corvinus, Debrecen, ELTE, SZİU, Pecs universitetləri və digər ali məktəblər barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Macarıstan universitetləri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin təhsil aldıqları xarici ali məktəblər sırasındadır və bu universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır. Həmçinin Macarıstan hökuməti bu ildən etibarən 200 azərbaycanlı tələbənin bu ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Hər iki proqram azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün əlverişli şərait yaradır.
Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kursları barədə məlumat veriləcək.
Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.
Təqdimata giriş sərbəstdir. Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər. Qeyd olunmuş telefon nömrəsinə və e-mailə: (+99450 2571141, office@study-hungary.com ) öz ad və soyadlarını yazmaqla qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat dekabrın 18-i saat 12:00-da başa çatacaq. Təqdimatda iştirak edəcək şəxslərdən xarici pasportlarını (əgər varsa İELTS və ya TOEFL sertifikatlarını) gətirməkləri xahiş olunur.
Təqdimat iştirakçıları dekabrın 20-də saat 14:30-da Nərimanov metrosunun yaxınlığındakı Metroparkın qarşısında qarşılanacaq və STUDY in HUNGARY-nin ofisinə aparılacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Macaristanda_teqaud_proqramlari_barede_teqdimat_kechirilecek-910916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR