Azərbaycan həqiqətlərinin vikipediya ilə təbliğinin gücləndirilməsinə xidmət edən layihə

19:38 13 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan vikipediyasının genişləndirilməsi layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin vikipediya vasitəsilə təbliği” layihəsi ölkə həqiqətlərinin təbliğinin gücləndirilməsinə böyük töhfə verəcək.
2016-cı ilin aprel ayına kimi davam edəcək layihəyə Azərbaycanın ilk elektron ensiklopediyasının yaradıcısı Jalə Orucova başçılıq edir.
J.Orucova bildirib ki, layihə vasitəsilə vikipediyaya yüzlərlə məlumat yerləşdiriləcək. Bu məlumatlar da Azərbaycan vikipediyasının inkişafında böyük rol oynayacaq. AzEns.az saytı vasitəsilə indiyədək vikipediyada 200-dən çox məlumat yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_heqiqetlerinin_vikipediya_ile_tebliginin_guclendirilmesine_xidmet_eden_layihe-910918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR