Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xırdalanın palçıqlı yolları və cavabsız müraciətlər... - FOTO

Xırdalanın palçıqlı yolları və cavabsız müraciətlər... - FOTO

Date: 13 December 2015 19:47

Bu fotolar hansısa ucqar kənddə çəkilməyib. Bura Xırdalan şəhəridir. Şəhərin Heydər Əliyev prospekti, Xırdalanın girişində vəziyyət belədir. İlin 12 ayı sakinlər palçıqdan keçməli olurlar. 

Milli.Az bildirir ki, yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, iritonnajlı yük maşınları yoldan keçən su borusunu zədələyiblər. Dəfələrlə əlaqədar orqanlara müraciə olunsa da, tədbir görən tapılmayıb. Nəticədə, zədələnmiş boru tam sıradan çıxıb və küçəni bu vəziyyətə salıb. 

Sakinlər elə indi də əlaqədar orqanlara məktub yazmaqda, zəng vurmaqda davam edirlər. Məsələdən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da xəbərdardır. Amma, nədənsə, vəzifəyə təyin olunanda Abşeron rayonunun sosial-iqtisadi problemlərin həlli vədini verən xanım icra başçısı rayonun ən böyük yaşayış məntəqəsinin mərkəzi prospektindəki xoşagəlməz vəziyyətin həlli istiqamətində indiyədək heç bir addım atmayıb. "Abad kənd tüstüsündən bəlli olar" atalar sözü var. Bunu müasir zamanda yollara da aid etmək olar. Abşeron rayonunun vəziyyəti ən böyük yaşayış məntəqəsinin - Xırdalan şəhərinin girişindən bəllidir. 

Milli.Az





Tags:  Xırdalanın palçıqlı yolları cavabsız müraciətlər FOTO


RƏYLƏR


Top news