Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Almaniyada qarşıdurma: 69 polis yaralandı

Almaniyada qarşıdurma: 69 polis yaralandı

Date: 13 December 2015 19:52

Almaniyanın Leypsiq şəhərində neonasistlərin və onların əleyhdarlarının törətdiyi iğtişaşlar nəticəsində 69 polis əməkdaşı xəsarət alıb, onlardan azı iki nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, ultra sağçı radikalların (neonasistlərin) aksiyasında 130 nəfər iştirak edib, onların əleyhdarlarının aksiyaları isə iki min nəfəri cəlb edib. Aqressiv davranan etirazçılar polisə daş, şüşə qablar və pirotexniki vasitələr atıb. Asayiş keşikçiləri isə, cavabında, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Leypsiq şəhərinin ober-burqomistri Burkhard Yunq hadisələri şok adlandırıb: "Bu əsl küçə terrorudur".

Milli.Az


Tags:  Almaniyada qarşıdurma 69 polis yaralandı

RƏYLƏR


Top news