2016-cı ildə nə olacaq?

2016-cı ildə nə olacaq?
20:05 13 Dekabr 2015
988 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin ünlü astroloqu Aslı Güder qarşıdakı ilin son 1 əsrin ən təhlükəli ili olacağını proqnozlaşdırır

"2016-cı il maddi cəhətdən yox, mənəvi cəhətdən güclü olanların ili olacaq. Paranın səadət gətirmədiyini hər kəs daha yaxşı anlayacaq. Önümüzdəki ili kainatın intiqam ili adlandırardım. Bunu unutmayaq ki, kainatın intiqamı və savaşı hamımızınkından daha ağır olur. Gələn il hər kəs etdiyinin qarşılığını görəcək. Hansı dinə inanırsız, inanın, fərq eləməz, tək çözüm əlləri göyə açıb dua etməkdir. 2016-cı il üçün söyləyəcəklərim özümə də xoş deyil. Ancaq gerçək belədir". Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri "Hürrriyet" qəzetinə müsahibəsində Türkiyənin ən ünlü öncəgörənlərindən Aslı Güder deyib.

Aslı Güder medianın ən az əli çatan öncəgörənlərdəndir. Onun 2015-ci il üçün proqnozlarının xeylisi doğrulub. Əsasən dünyanın siyasi gündəmi ilə bağlı açıqlamalar verən astroloqun Türkiyə, ABŞ, Almaniya, Rusiya, Şimali Koreya, Fransa üçün 2015-ci il öncəgörmələri gerçək olub. Güderin "Hürriyet"ə verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik.

"- Giriş bu qədər həyəcanlı oldusa, demək, arxası daha qorxuludur.

- İstəyirsən, bir az su iç, sakitəş, sonra dinlə. Tam mənada hərəkətliliklə dolu bir ilə daxil oluruq. İnsanların həyatı kökdən dəyişəcək. Bu xaos ortamında yeni bir dünya düzəni yaranacaq, hər bir fərd çaşqınlıqları, qorxuları və travmaları ilə üzləşəcək. Çünki 2016-cı il bizim özümüzə çəki-düzən verməyimiz üçün son şansımızdır. Etdiklərinin qarşılığı ilə üzləşməyi bacarmayanlar isə dərin depressiyaya düşəcəklər. Alkoqol və narkotik asılılığı artacaq, insanlar yaradana sığınmaq yerinə bu yollara əl atarlarsa, zərərləri böyük olacaq.

- Bu gün ruhumuza və ətrafımıza çökən bu ağırlıqdan necə qurtulacağıq? Bunun bir resepti yoxdurmu?

- Bayaq dediyimi bir daha söyləyim. Xəzinəsinə pul-para yox, insan yığanlar, maddə yerinə mənaya qiymət verənlər, gerçəkdən qaçanlar deyil, həqiqətlə üzləşməyə cəsarəti olanlar bu gərgin dönəmdən daha rahat keçəcək.

- Yaxın Şərqin halı ürək dağlayır. Sahilləri uşaq cəsədləri ilə dolduran bu kabus nə zaman bitəcək? 

- Üzgünəm, amma Suriyada göylərə dirənən ah-nalə daha da yüksələcək. Bu fəryadlar Əsəd və Rusiya birliyinin müqavimətini gec-tez qıracaq. Ancaq dünyanın ortaq iradəsi, yəni ABŞ, Avropa, NATO-nun diqtəsi 2016-cı il başa çatmamış Suriya məsələsini insanlığın xeyrinə çözəcək. Putin və Əsəd nə qədər çırpınsalar da, məğlubiyyətə məhkumdurlar. Türkiyə son sürəcdə sürətlə doğru həmlə seçərək Yaxın Şərqin gələcəyini şəkilləndirəcək böyük güclərə model ölkə olmağa başlayıb. Ola bilər, söylədiyim bəzilərinin xoşuna getməyəcək, ancaq Orta Doğunun gələcəyinin müəyyən edildiyi masada Türkiyə də var.

- 2016-cı ili III dünya savaşından öncə son çıxış ili adlandıranlar var. Sizin gördükləriniz nədir?

- 2016 III dünya savaşına getməmək üçün son şans ilidir. Ya insanlıq qiyaməti yaşayacaq, ya da doğru qərarlarla qurtuluşa varacağıq. Mən ikincinin gerçəkləşəcəyini düşünürəm. Ancaq yeni dünya savaşı başlasa, bu, Yaxın Şərqdə yox, Rusiya ilə Balkan ölkələri arasında ola bilər.
Bundan 100 il öncəki böyük savaşlar da Balkanlarda başlamadımı? Amma Eynşteyinin dediyini mən də təkrar edirəm - III dünya savaşının necə olacağını bilmirəm, IV dünya savaşı daşlar və zopalarla olacaq. 

- Sizə görə dünyanın bu hala gəlməsi üçün "bombanın ipini" İŞİD çəkdi?

- Məncə, əsl məsələ İŞİD-in "ipini" kimin çəkməsindədir. 2016-cı ildə İŞİD-dən daha təhlükəli bir terror təşkilatı ilə qarşı-qarşıya qala bilərik. Onlar üzləri maskalı, hündür boylu, aralarında unudulmaqda olan dildə danışan ezoterik bir topluluqdur. İnsanlıq onlardan böyük ziyan görəcək. Onlar da İŞİD kimi din pərdəsinə bürünəcəklər, ancaq bu, bildiyimiz dinlərdən heç bir deyil.

- Necə yəni? Yeni din yaranacağını qəsd edirsiz? 

- Baxın, bunun altını cızaraq söyləyirəm, 2016-cı ildə Roma Papası belə o qədər fərqli və qəribə açıqlamalar verəcək ki, xristian dünyası onun ruhi sağlamlığı ilə bağlı böyük əndişəyə düşəcək. Bu durum yeni məzhəblərin yaranmasına səbəb ola bilər.

- İslam dünyasındakı məzhəb savaşlarının xristian aləmində də yaşanacağını düşünürsünüz?

- Avropada sonuncu dəfə açıq din və məzhəb savaşları XIV yüzillikdə olub. Bu il məzhəb savaşlarının yeni dönəmi başlaya, İstanbul daxil olmaqla bir sıra qutsal məkanların təhdid altına düşməsi mümkün ola bilər. Məsələn, Məscidi-Əqsa terror güclərinin hədəf nöqtəsinə çevrilə, bu bütün dünyaya təsir edə bilər. İsrailin Süleyman ibadətgahını yenidən tikmək adı ilə orada arxeoloji qazıntı aparması Məscidi-Əqsanın çöküşünə səbəb ola bilər. Ümid edirəm bu qiyamət əlamətlərinin heç biri gerçəkləşməz. Ancaq bəziləri məqsədli şəkildə Tanrını qiyamətə məcbur etmək istəyir.

- Müsahibədən sonra, yığışıb kəndimə dönəcəm, deyəsən...

- Əgər terrordan uzaq bir yer axtarırsansa, bu cür olayların təsir etməyəcəyi Avstriyanı məsləhət görürəm. Heyif ki, bunu Avropanın digər ölkələri üçün deyə bilmirəm. Terror Avropanın digər bölgələrinə, iri şəhərlərinə sıçyaracaq. Paris sadəcə bir başlanğıc idi. Londonda da böyük terror hadisəsi ola bilər. Təhlükəsizlik məsələlərinə görə başda Fransa olmaqla bir çox ölkədə erkən seçkilərlə iqtidar dəyişiklikləri baş verəcək. Bəzi Avropa ölkələrini bürüyən yüksələn milliyətçilik duyğusu küçə askyalarının, ciddi qarşıdurmaların səbəbi olacaq. Özlərindən olmayanları dışlama və yoxetmə arzusu Avropa qitəsini dartışmalar mərkəzinə çevirə bilər. Avropa Birliyinin sonunun gəldiyini görürəm. Verilən ortaq bir qərarla birlik 2016-cı ildə dağıla bilər. Bu durumdan ən çox Almaniya etkilənəcək. Qafqazda da sabitlik olmayacaq. Ermənistanda xalq etirazları həbslərə, təqiblərlə səbəb olacaq. Misirdə isə qardaş qanı axa bilər. Sisi qanla gəldiyi hakimiyyətdən qanla da gedəcək.

- Gələcəklə bağlı gözəl utopik hekayələr gözlədiyim halda sizdən qorxulu sözlər eşidirəm...

- Texnologiyalar çox sürətlə irəliləyir, ancaq mədəniyyət üçün bunu söyləyə bilmirik. Gözlərini bilgisayardan, telefonlardan qaldırmayan, sosial ilişkini sosial mediada "layk" düyməsinə basmaq zənn edən, son dərəcə yalqız bir nəsil gəlir. Öz əlimizlə hazırladığımız texnologiya bizi kölə halına gətirməyə başlayıb. Əgər genetik kodlarımızı xatırlayıb yenidən bir-birimizlə canlı münasibətlər qurmağa başlamasaq, maddədən ibarət varlıqlar yox, ruh daşıdığımızı, yaradılanın əşrəfi olduğumuzu unutsaq, yalqızlığa məhkum olacağıq. 2016-cı ildə hər bir fərd bunu çək-çevir etmək məcburiyyətində qalacaq. Gələn il üçün genəl proqnozlarım belədir:

*Dünyaca ünlü bir ulduz intihara cəhd edəcək, dünya liderləri sui-qəsdlərlə üzləşəcək.

* Puldan pul qazanamaq istəyənlər itirəcək. Yatırımını saxlayanlar qazanacaq.

* Mənəvi cəhətdən çox güclü, öncəgörmə qabiliyyəti olan uşaqlar dünyaya gələcək. Valideynlərə heç bir yaxşılaşdırma qarantisi olmayan dərmanları uşaqlara ləbləbi kimi verib onların bu yetənəyini məhv etməməyi tövsiyə edirəm.

* Arxeoloji qazıntılarla yeni şəhərlər meydana çıxacaq. Bunlardan biri Egedə dənizin içərisində tapılacaq.

*Harvard və ya Yale  kimi sayılan universitetlərdə terror ola bilər.

*Türkiyə ilin sonunda başqanlıq sistemi ilə bağlı referenduma gedəcək. 

*Qidalardakı kimyəvi maddələrin xərçəng yaratdığı təsbit ediləcək. 

*Türkiyədə siyasi partiyaların liderləri dəyişəcək. İqtidar partiyasında sabitlik olacaq.

*Dünyaca ünlü bir rəsm əsəri muzeydən oğurlana bilər. 

*Gözlənənlərin tam əksi olaraq ABŞ-da seçkini yenə demokratlar qazanacaq, ilk dəfə ölkəyə qadın prezident -Hillari Klinton seçiləcək.

*Dünya liderləri Merkeldən üz çevirəcək, onu yalqız qoyacaqlar. Təhlükəsizliyinə diqqət eləməsə, bir anda böyük xaosun içərisinə düşə bilər.

*Putin özünü dünyaya nə qədər böyük göstərmək istəsə də ölkə içərisindəki müxalifət onun taxtının altını sürətlə qazımaqdadır. Merkel kimi o da sui-qəsd qurbanı ola bilər. Ozəlliklə yediyinə-içdiyinə diqqət ayırmalıdır.

*Şimali Koreya lideri Kimin başı seks kaseti ilə ağrıyacaq. Media kaseti sürətlə tirajlayacaq.

* İngiltərədə kral ailəsinin bir üzvü vəfat edəcək. Bu ölüm günəşi batmayan krallığın üzvləri arasında miras davaşı başladacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR