Bu ölkədə ilk dəfə qadın müşavir seçilib

Bu ölkədə ilk dəfə qadın müşavir seçilib
20:05 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığında bələdiyyə seçkilərində ilk dəfə qadın müşavir seçilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Salma bint Hizab al-Oteibi şənbə günü keçirilən seçkilərdə Məkkə vilayətindən qalib olub, seçki komissiyası bildirib.

O, 7 kişi və 2 qadına qarşı mübarizə aparıb.

Onun seçilməsi Səudiyyə Ərəbistanında qadınların seçkilərdə iştirakına qoyulan qadağanın götürülməsindən sonra mümkün olub.

Bununla yanaşı, krallıqda hələ də qadınların avtomobil sürmək kimi bir sıra hüquqlarına qadağa var.

Seçkilərdə 978 qadın namizədliyini verib, namizəd kişilərin sayı isə 6 minə yaxın olub.
Rəsmilər deyir ki, səsvermədə 1.35 milyon kişi ilə yanaşı 130 min qadın iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR