Haval limanı istiqamətində zəncirvari qəza

Haval limanı istiqamətində zəncirvari qəza
20:16 13 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 18:30 radələrində Bakının beynəlxalq hava limanına gedən yolda zəncirvari qəza baş verib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektindən hava limanı istiqamətinə dönən hissədə qeydə alınıb. Qəza hava limanı istiqamətində hərəkət edən "Şevrolet", "Nissan", "Opel" və "Fiat Dobla" markalı 4 avtomobilin toqquşması nəticəsində törədilib.

Avtomobildə olan sərnişinlərdən 2 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdiriliblər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, baş vermiş qəza ilə bağlı Heydər Əliyev prospekintindən hava limanı istiqamətinə də olan yolda tıxac yaranıb.

Bu gün digər ağır yol qəzası isə Bakı-Sumqayıt yolunda baş verib. Yük maşını idarəetməni itirərək qəzaya səbəb olub. Qəza zamanı yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası və Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR