Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" və "Xəzər Lənkəran" uduzdu, "Qarabağ" debütantla bacarmadı

"Qəbələ" və "Xəzər Lənkəran" uduzdu, "Qarabağ" debütantla bacarmadı

Date: 13 December 2015 20:59

Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir gün fasilədən sonra baş tutan 3 qarşılaşma ilə həftə sona çatıb.

 

Qarşılaşmalardan ikisi Bakıda, biri isə əyalətdə oynanılıb.

 

İlk olaraq meydana turnir cədvəlinin alt pillələrində qərarlaşmış komandalar çıxıblar. AZAL “Xəzər Lənkəran”ı qəbul edib. Maraqsız və sakit tərzdə keçən oyunda bir qol vurulub. "Təyyarəçilər" doğma meydanda 3 xala seviniblər.

 

Bu görüşün startından yarım saat sonra Qəbələdə iki iddialı klubun dueli başlayıb. Yerli komanda Əsgər Abdullayevin gəlişindən sonra inamlı çıxış edən "Neftçi"ni qəbul edib. Bu oyunun taleyini də bir qol həll edib. Qonaqlar qalib gələrək turnir cədvəlində də irəliləməyi bacarıblar.

 

Turun son oyununda isə ötən mövsümün çempionu “Qarabağ” debütant “Zirə”yə qonaq olub. Bu matçda isə ümumiyyətlə, hesab açılmayıb. Çempion debütanta qarşı üstünlük qura bilməyərək həftəni bir xalla başa vurub.

 

Topaz Premyer Liqası

XVI tur

 

13 dekabr (bazar)
 

“Zirə” – “Qarabağ” - 0:0


AZAL – “Xəzər Lənkəran” - 1:0

Qol: Murad Səttarlı, 70
 

“Qəbələ” – “Neftçi” - 0:1

Qol: Jairo, 22

 

 

Turnir cədvəli

 


N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

11

3

2

25-9

36

2

Qəbələ

16

7

6

3

23-11

27

3

Zirə

16

6

8

2

15-12

26

4

İnter

16

6

 6

4

14-12

24

5

Neftçi

16

6

5

5

18-16

23

6

Kəpəz

16

5

7

4

17-16 

22

7

AZAL

16

4

4

8

9-17

16

8

Sumqayıt

16

3

7

6

18-23

16

9

Xəzər L.

16

3

3

10

10-21

13

10

Rəvan

16

2

5

9

9-21

11

 


Tags:  Qəbələ Xəzər Lənkəran uduzdu Qarabağ debütantla bacarmadı


RƏYLƏR


Top news