Vaşinqton ən möhtəşəm bayramına hazırlaşır (VİDEO)

Vaşinqton ən möhtəşəm bayramına hazırlaşır (VİDEO)
21:11 13 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın qarışıq vaxtı olmasına baxmayaraq insanlar onlara sevinc gətirən elementlerlə həyatlarını bəzəməkdə davam edirlər.

ANS TV-nin məlumatına görə, Milad bayramı ərəfəsində Amerika Birləşmiş Ştatlarının paytaxtı inanılmaz dərəcədə gözəl görünməyə çalışır.

Personajlar da dekabr ayı başlayandan bəri Vaşinqton küçələrində insanları sevindirməklə məşğuldular. Dekabrın sonuna doğru irəllədikcə onların da sayı da artır.

Vaşinqtonda demək olar ki, hər gün milada aid bayram tədbiri təşkil olunur. “İŞİD” terror təşkilatının hədəsi fonunda baş tutan tədbirlərdə təhlükəsizlik məsələləri də ciddi nəzarətdədir. Daima kütlənin arasında olan aktyorların da təhlükəsizlik orqanlarının əməkdaşı olduğu söylənilir.

İlluzionçuların maraqlı göstəriləri, Qar qızın müxtəlif yerlərdə görünməsi, buzdan düzəldilən qar dənəcikləri və buz üzərindəki meydança...

Yüzlərlə amerikalının cəmləşdiyi məkanda həmyerlilərimizə də rast gəldik.

“İlk dəfədir ki, Vaşinqtonda yeni il şənliyində iştirak edirəm. Azərbaycanla yanaşı burda da yeni il çox gözəl keçirilir. Uşaqlar üçün daha əyləncəlidir”, - deyə həmyerlimiz bildirib.

“Hamı burda gözəl vaxt keçirir. Bu çox gözəldir. Düzdür, mən orda deyiləm, amma şouya baxmaq, elə gözəllikdir”, – deyə şəhər sakini bildirib.

Milad bayramı ərəfəsində təkcə küçələr deyil, ölkənin əsas evi olan Ağ Evdən də gözəl görüntülər yayılır.

Bayram ərəfəsində bura 68 min qonaq gələcək.

Təkcə Ağ Evin yeni ilə hazırlanmasında 62 ağac, 70 mindən çox bəzək əşyasından istifadə olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR