Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza
21:32 13 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 18:30 radələrində Bakının beynəlxalq hava limanına gedən yolda zəncirvari qəza baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən hava limanı istiqamətinə dönən hissədə qeydə alınıb. Qəza hava limanı istiqamətində hərəkət edən "Şevrolet", "Nissan", "Opel" və "Fiat Dobla" markalı 4 avtomobilin toqquşması nəticəsində törədilib. 

Avtomobildə olan sərnişinlərdən 2 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdiriliblər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, baş vermiş qəza ilə bağlı Heydər Əliyev prospekintindən hava limanı istiqamətinə də olan yolda tıxac yaranıb. 

Bu gün digər ağır yol qəzası isə Bakı-Sumqayıt yolunda baş verib. Yük maşını idarəetməni itirərək qəzaya səbəb olub. Qəza zamanı yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası və Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/389931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR