İran və Azərbaycan Əmmandan Qara dənizə qədər uzanan bir dəhlizin yaranmasında mühüm rol oynaya bilər

İran və Azərbaycan Əmmandan Qara dənizə qədər uzanan bir dəhlizin yaranmasında mühüm rol oynaya bilər
21:38 13 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 13 dekabr, AZƏRTAC 
İran ilə Azərbaycan arasındakı qaz mübadiləsinin həcmi 1 milyard kubmetrdir. İran Astara sərhəddində qazı Azərbaycandan alır və “swap” əməliyyatı ilə Naxçıvan Muxtar Respublikasına ötürür.
Bu sözləri yerli mətbuata verdiyi açıqlamada İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir bildirib ki, Naxçıvanın soyuq iqlimi ilə əlaqədar olaraq Azərbaycan muxtar respublikaya İran vasitəsilə daha artıq həcmdə qaz ötürmək istəyir və bu məsələ dövlətlər arasında müzakirə olunur.
M. Pakayin vurğulayıb ki, İran və Azərbaycan enerji, ticarət, mədəniyyət sahələrində daha geniş əməkdaşlıq imkanlarına malikdir və hər iki dövlət bu imkanlardan istifadə edib əlaqələri genişləndirmək istəyir. Bu istəyin reallaşması üçün hər iki tərəf ciddi iradə göstərir.
Səfir qeyd edib ki, İran və Azərbaycan Əmmandən Qara dənizə qədər uzanan bir dəhlizin yaranmasında mühüm rol oynaya bilər.
Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_ve_Azerbaycan_Ammandan_Qara_denize_qeder_uzanan_bir_dehlizin_yaranmasinda_muhum_rol_oynaya_biler-910926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR