“Sumqayıt”dan ilk və yubiley

“Sumqayıt”dan ilk və yubiley
21:52 13 Dekabr 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVI turunun “İnter”lə oyunu “Sumqayıt” üçün ilk və yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə paytaxt klubu ilə səfər oyununda qalib gəlib. Əvvəlki 6 səfər matçında 1 qol və 1 xala sevinən “Sumqayıt” “İnter Arena”da 3:2 hesabı ilə qalib gələrək, ilki gerçəkləşdirib.


Bu qələbə sumqayıtlıların Premyer Liqada 30-cu - yubiley uğuru olub. Buna 148-ci qarşılaşmada nail olan komanda 41 heç-heçə edib və 77 dəfə uduzub. “Sumqayıt”ın 30 qələbəsindən 22-si evdə, 8-si səfərdə əldə olunub.


Qalib gəldiyi oyun sayında Premyer Liqa tarixinin 28-ci komandası görüşdüyü 12 komandadan 11-ni məğlub edib. Sumqayıtlılar “Xəzər Lənkəran”, “Kəpəz”, “Qarabağ”ı 4, AZAL, “Turan”, “Neftçi”ni 3, “Bakı”, “Rəvan”, “Simurq”, “İnter”i 2, “Qəbələ”ni 1 dəfə üstələməyi bacarıb. Onlar yalnız 1 dəfə görüşdüyü “Zirə” üzərində qələbə qazana bilməyib.


5-ci mövsümünü keçirən Sumqayıtın eyniadlı təmsilçisi 2011/12-də 6, 2012/13-də 9, 2013/14-də 5, 2014/15-də 7, 2015/16-da 3 dəfə qalib gəlib. (pfl.az)


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sumqaytdan-ilk-v-yubiley-t46114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR