“Facebook”a nifrətə görə axtarışa veriliblər

“Facebook”a nifrətə görə axtarışa veriliblər
21:56 13 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Alman polisi şənbə axşamı Hamburqda “Facebook”un mərkəzi ofisinə boya paketləri atmış 20 nəfərlik qrupu axtarır.

ANS PRESS-in məlumatına görə, bu yolla etiraz nümayiş etdirən insanlar həm də binanın divarına “Facebook”u sevmədiklərini (Facebook Dislike) yazıblar. Onlar həm də mərkəzi ofisin qapısına zərər vurublar.

Polis hadisənin şahidlərini axtarır. İlkin məlumata görə, xuliqanlıq əməli 15-20 nəfərlik qrup tərəfindən həyata keçirilib. Onlar qara paltar geyiniblər və sifətlərini maska ilə bağlayıblar.

Hamburq polisinin rəhbəri bildirib ki, hücum edənlərin məqsədi aydın deyil. Ancaq sol ideyaları dəstəkləyən “Linksunten” saytına anonim məlumat daxil olub ki, etiraz aksiyası “Facebook”un dünya şəbəkəsində dominantlığına qarşı yönəlib.


Hamburqda “Facebook”un mərkəzi ofisinin yazılmış divarı

"Facebook" əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş sosial şəbəkədir. Dünyada ən böyük sosial şəbəkə sayılır. Bu ilin mart ayında gün ərzində 720 milyon adam "Facebook"dan istifadə edib. 24 аvqust 2015-ci il tarixində "Facebook" istifadəşilərinin sayı 1 milyarda çatıb. "Facebook"un illik dövriyyəsi 7,872 milyard dollar təşkil edir, xalis illik gəliri isə 2,8 milyard dollar olub.

"Facebook"un baş direktoru Mark Zukerberq 14 may 1984-cü ildə Nyu-York şəhərində doğulub. Atası Edvard diş həkimi, anası Karen psixiatr olub.Yəhudi olaraq böyüdülməsinə baxmayaraq ateist olduğunu deyib. Liseydə oxuyarkən bir çox elm sahələrində mükafat alan Mark Zukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə daxil olub.


Mark Zukerberq - "Facebook"un yaradıcısı

Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrinin seçildiyi www.facemash.com saytını düzəldib. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri olub. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark, cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk edib. Bundan sonra Harvard Universitetinin tələbələrinin internet üzərində görüşdürmək üçün ikinci saytı olan "Facebook" saytını yaradıb. "Facebook" 18 ayda ABŞ-ın ən böyük ünsiyyət saytlarından birinə çevrilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR