Fransada seçkilərin ikinci turu keçirilir

Fransada seçkilərin ikinci turu keçirilir
22:05 13 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Fransada 13 bölgənin rəhbərliyinin təyin edildiyi regional seçkilərin ikinci turu keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "euronews" telekanalında yer alıb.

İlk turda Marin Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyası 29,5 faiz səslə qalib gəlmişdi. Paris hücumlarından tam bir ay sonra sandıq başına gedən fransızlar bugün səhər saatlarından etibarən səs verməyə başlayıblar.

Qeyd edək ki, ilk turda sabiq prezident Nikola Sarkozinin liderlik etdiyi Respublikaçılar səslərin 27 faizini, prezident Fransua Olland və baş nazir Manuel Vallsın iqtidardakı Sosialist Partiyası səslərin 23 faizini əldə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR