Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr 60 dəfəyədək artırılır

Azərbaycanda lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr 60 dəfəyədək artırılır

Türkiyədə atıma baş verib: 2 yaralı (09 Mart 2017 08:57)
​Cərimələr 60 faiz artırılır - Qayda pozan piyadaların nəzərinə! (22 Fevral 2017 12:10)
Meşə torpaqlarının icarə müddəti 5 dəfə artırılır (13 Fevral 2017 11:43)

Tarix: 13 Dekabr 2015 22:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq 30 min manatadək yüksəldilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.

Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.

Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 30 000 manatadək cərimələnəcəklər.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycanda lisenziyasız özəl tibbi fəaliyyətə cərimələr 60 dəfəyədək artırılır



RƏYLƏR


Top xəbərlər