"Daha pis ola bilərdi"

"Daha pis ola bilərdi"
22:12 13 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Fransa millisinin baş məşqçisi Didye Deşam ötən gün Parisdə baş tutmuş AVRO-2016-nın final mərhələsinin püşkatmasını dəyərləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis qrupda Rumıniyanı nisbətən az tanıdıqlarını bildirib.

"Daha pis ola bilərdi. Qrupdakı rəqiblərin ikisini yaxşı tanıyırıq. Albaniya ilə bu yaxınlarda iki oyun keçirmişik. Düzdür, nəzərə almaq lazımdır ki, onları məğlub edə bilmədik. Dünya çempionatında qarşılaşdığımız İsveçrə millisi də bizə yaxşı tanışdır. Ən az Rumıniya millisini tanıyırıq. Onlar təsnifat mərhələsində etibarlı müdafiə ilə seçilib: yalnız 2 buraxılan top, 5 qələbə, 5 bərabərlik. Ən əsası, turnirin açılış oyununu Rumıniya ilə keçirməli olacağıq. Bu an tezliklə çatacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR