Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Adil Şükürov: “Bir xal yaxşı nəticədi”

Adil Şükürov: “Bir xal yaxşı nəticədi”

Date: 13 December 2015 22:27

"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının XVI turunda evdə "Qarabağ"la qolsuz bərabərə (0:0) qaldıqların oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 


- Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdur. 1 xal qazandıq.


- Oyundan öncə 1 xala razı idiz?

- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda, bir xal yaxşı nəticədi. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də, meydana qələbə üçün çıxmışdıq.


- İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiz ilk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?

- İlk oyunda məğlub olmağımıza səbəb açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.


Fanat.az


Tags:  Adil Şükürov xal nəticədi

RƏYLƏR


Top news