“Azİz” assosiasiyası ailəsində sevinc sevincə qarışıb

“Azİz” assosiasiyası ailəsində sevinc sevincə qarışıb
22:28 13 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasından (Azİz) AZƏRTAC-a verilən məlumata görə, “Azİz” assosiasiyası ailəsində iki fərəhli hadisə baş verib.
Assosiasiyanın Azərbaycandakı nümayəndəsi Vahid Bayramovun doqquz yaşlı nəvəsi Darya Bayramova dalbadal ikinci il karate üzrə İsrail çempionu olub. Xatırladaq ki, Daşa bu ilin noyabrında Eylatda keçirilimiş turnirdə də çempion adını qazanmışdı.
“Azİz” assosiasiyasının Direktorlar Şurasının üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın və “Azİz”in idarə heyətinin üzvü Mixail Salmanın oğlu, “Xaares” qəzetinin fotomüxbiri Emil Salman isə “Terrorçunun tutulması” fotoşəkilinə görə “Fotojurnalistika” müsabiqəsinin “Xəbərlər” nominasiyasında qalib gəlib və Bibi Nataniyahunun fotoşəkilinə görə “Siyasət” nominasiyasında ikinci yeri tutub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AzIz_assosiasiyasi_ailesinde_sevinc_sevince_qarisib-910928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR