Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Avropada yeni karyera qurmaq fikrindəyəm"

"Avropada yeni karyera qurmaq fikrindəyəm"

Date: 13 December 2015 22:42

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir müddət "Milan"ın heyətində göstərdiyi oyunla diqqət mərkəzinə düşən Aleşandre Pato Avropa karyerasını bərpa etmək niyyətindədir. "San Paulo" klubunun şərəfini qoruyan hücumçu İngiltərə Premyer Liqasında oynamağa maraq göstərdiyini gizlətməyib.

"İngiltərədə oynamaq istərdim. Mənə görə Premyer Liqa dünyanın 1 nömrəli çempionatıdır. Avropada yeni karyera qurmaq fikrindəyəm. Çempionlar Liqasında mübarizə aparmaq istəyirəm. Daha əvvəl Vilyan, Firmino, Koutinyo və David Luizlə Premyer Liqa barədə danışmışam. Məncə, braziliyalılar bu liqada oynaya bilər".

Milli.Az


Tags:  Avropada yeni karyera qurmaq fikrindəyəm

RƏYLƏR


Top news