Ramal Aygün Kazımovaya "vəzifə verdi" - video

Ramal Aygün Kazımovaya "vəzifə verdi" - video
22:46 13 Dekabr 2015
63 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ramal İsrafilov xalq artisti Aygün Kazımovaya jest edib.

Axşam.az-ın məlumatına görə, “Onlar”a açıqlama verən ifaçı xalq artisti üçün “Satıcı qız” mahnısını yazıb. Mahnıya çəkiləcək klipdə Ramal Aygün Kazımovanı satıcı qız obrazında gördüyünü deyib:

“Aygün xanım satıcı qız olacaq. Pul yığmır, sadəcə qəzet satan qızdır”.

Aygün Kazımova ilə münasibətlərini yoluna qoyan Ramal artıq onların arasına heç kimin girə bilməyəcəyini söyləyib:

“Bizim aramıza kim girsə, mən hər hansı mahnı ilə o araya girənləri baltalaya bilərəm”. Ramal tez-tez Türkiyədə olan həmkarlarından birinə atmaca da atıb:

“Divanın atdığı addımları heç kim atmayıb, bundan sonra da atmayacaq. Nəyisə edənlər də hər hansı işi ondan sonra görənlərdir. Divadan sonra gələn gənclər harada parlayırsa-parlasın – istər Türkiyədə, istərsə də Moskvada – Aygün yolu qoyub artıq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR