Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın yeni İslam respublikası

Dünyanın yeni İslam respublikası

Date: 13 December 2015 22:56

Həftəsonu dünyada sayca 5-ci islam dövləti bərqərar olub. Qambiya prezidenti Yaya Camme ölkəsinin dövlət quruluşunu islam respublikasına dəyişib. O bəyan edib ki, yeni quruluş hökümətə vətəndaşların hüquqlarını da effektiv şəkildə qorumağa kömək edəcək.Qambiyanın 1.7 milyon nəfərə yaxın olan əhalisinin 90 faizini müsəlmanlar təşkil edir.

Qambiya lideri “islam respublikasını” “islam dövləti ilə” səhv salmamağı məsləhət bilib, ölkə qanunvericiliyinə şəriət qanunları ilə yanaşı dünyəvi qanunların da inteqrasiya ediləcəyini vurğulayıb. Qambiya vətəndaşlarına əvvəlki kimi etiqad azadlığı verilir, dres-kod və digər geyimlə bağlı məhdudiyyətlərin tətbiq olunmadığı bildirilir. Bununla islam respublikalarının sayı 5-ə çatıb. Digər belə dövlətlər İran, Pakistan, Əfqanıstan və Mavritaniyadır.

Qambiya Qərbi Afrikada yerləşir, kontinental Afrikada ərazicə ən kiçik ölkədir. Şimaldan, şərqdən və cənubdan Seneqalın ərazisi ilə əhatə edilib. Qərbdən Atlantik okeanının suları ilə sərhəddir. 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq azad ölkə olub və Millətlər Birliyinə daxil olub.

Paytaxtı Bancul, ən böyük şəhəri — Serekundadır. Əhalisi təxminən 2 milyondur. İqtisadi inkişafının səviyyəsinə görə ölkə dünyanın ən yoxsul ölkələrindən biridir.2011-ci ildə 230 milyon kvt-saat elektrik enerjisi istehsal olunub.

Tags:  Dünyanın yeni İslam respublikası


RƏYLƏR


Top news