Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Bakı-Quba-Rusiya yolunda üç maşın toqquşub, azyaşlı uşaqlar xəsarət alıb

Nyu-Yorkda iki sərnişin qatarı toqquşub (24 Mart 2017 21:12)
Ermənistanda 6 hərbçi xəsarət alıb (24 Mart 2017 07:42)
Ermənistanda qəza nəticəsində 6 hərbçi xəsarət alıb (24 Mart 2017 01:52)

Tarix: 13 Dekabr 2015 23:27

"Report" xəbər verir ki, hadisə yerində "Ford" markalı mikroavtobus iki minik maşını ilə toqquşub.
Nail Məmmədovun idarə etdiyi mikroavtobus iki "Hundai" markalı avtomobilə çırpılıb. Maşınlardan birinin sahibi Zaur Hüseynovdur, digərinin sahibi adı, hələ ki məlum olmayan xanım sürücüdür. Sürücülərin üçü də Bakı sakinləridir.
"Ford" markalı avtomobil Bakı istiqamətindən gələrkən, yolun əks istiqamətinə çıxaraq Qubadan gələn "Hundai"la, ardınca isə qadının idarə etdiyi maşınla toqquşub. Sonuncu maşında olan azyaşlı uşaqlar xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıblar. Digər sürücülər isə yüngül xəsarətlər alıblar. Avtomobillərə ciddi ziyan dəyib.
Bundan əlavə, qəzadan sonra avtomobil sahibləri arasında mübahisə düşüb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Avtomobil sahibləri arasında düşən mübahisəni sakitləşdirdikdən sonra, kimin günahkar olduğunun Avtoekspertizadan sonra məlum olacağı bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Teqlər:  Bakı-Quba-Rusiya yolunda üç maşın toqquşub azyaşlı uşaqlar xəsarət alıb



RƏYLƏR


Top xəbərlər