Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada nüvə müharibəsi təhlükəsi

Dünyada nüvə müharibəsi təhlükəsi

Date: 13 December 2015 23:36

Kubanın keçmiş lideri Fidel Kastro dünyada Suriya və İraq münaqişələri ilə bağlı artan gərginliklə əlaqədar nüvə müharibəsi təhlükəsinin ortaya çıxdığını bildirib.

Kubanın "Qranma qəzetinin yaydığı məlumata görə, Kastro 3-cü dünya müharibəsi baş verəcəyi təqdirdə onu yalnız Çin və Rusiyanın dayandıra biləcəyini vurğulayıb. Sabiq prezidentin dediyinə görə,Rusiya ilə Çin faşizmdən qaynaqlanan dəhşətli müharibələr yaşadığından dünyanın problemlərini ABŞ-dan daha yaxşı anlayır və yeni dünya müharibəsinin baş verməməsi üçün əllərindən gələni edəcək.


Fidel Kastro - Kuba inqilabının lideri

"Komandante" adıyla tanınan Fidel Kastro 1959-cu ildən 2008-ci ilə kimi Kuba lideri olub. Fidel Kastro 1926-cı ildə Kubada anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhd göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb.

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.

Tags:  Dünyada nüvə müharibəsi təhlükəsi


RƏYLƏR


Top news