Rabitə vasitələrinin satışının təşkili üçün informasiya sistemi hazırlanıb

Rabitə vasitələrinin satışının təşkili üçün informasiya sistemi hazırlanıb
23:43 13 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən rabitə vasitələrinin satışının yeni qərara uyğun təşkili üçün nəzərdə tutulmuş informasiya sistemi hazırlanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən aparılacaq və bu günədək nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslər sistemləşdiriləcək. Eyni zamanda, yaradılacaq texniki qaydalara uyğun informasiya bazası əsasında sosial əhəmiyyətli elektron xidmətlərin hazırlanması mümkün olacaq. Nömrə satışı zamanı abunəçilərə aid məlumatların "Elektron hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli qərara dəyişikliklər edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_vasitelerinin_satisinin_teskili_uchun_informasiya_sistemi_hazirlanib-910931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR