Sevda "Yanlış adam"ından danışdı - video

Sevda "Yanlış adam"ından danışdı - video
23:46 13 Dekabr 2015
87 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Yahyayeva yeni imici ilə “Onlar”ın kamerası qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, ifaçı imicindəki dəyişikliyin daxili aləminə təsir etmədiyini deyib:

“İnsan necə doğulursa, elə də qalır. Düzdür, elə insanlar var ki, xarici dəyişən kimi daxili ondan tez dəyişir. Ancaq heç bir dəyişiklik məni daxilən dəyişə bilməz. Əvvəl necə idimsə, elə də qalmışam”. Sevda yeni mahnısı “Yanlış adam”dan danışıb:

“Yanlış adamlar olmasa, doğru insanların da qədri bilinməz. Yeni mahnım da “Yanlış adam” adlanır. Sözləri Leyliyə, musiqisi Hakan Erola məxsusdur. Bir il idi ki, klipim yox idi. İstədim ki, bu mahnını kliplə təqdim edim. Anar Hüseynov Rza Əsgərovla bərabər bu mahnıya klip çəkdilər”.

S.Yahyayeva klipdəki kadrlarda türkiyəli müğənni Gülbən Ərgənə bənzədildiyini deyib:

“Klipi görən izləyicilər şərhlərdə yazırdılar ki, Gülbən Ərgəni özünə oxşatmısan. Gülbənlə oxşarlığımız var. O da gözəl qadındır. Ancaq özümü bilərəkdən ona bənzətmirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR