Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramal Aygün Kazımovaya "vəzifə verdi" - VİDEO

Ramal Aygün Kazımovaya "vəzifə verdi" - VİDEO

Date: 13 December 2015 23:47

Müğənni Ramal İsrafilov xalq artisti Aygün Kazımovaya jest edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar"a açıqlama verən ifaçı xalq artisti üçün "Satıcı qız" mahnısını yazıb. Mahnıya çəkiləcək klipdə Ramal Aygün Kazımovanı satıcı qız obrazında gördüyünü deyib: 

"Aygün xanım satıcı qız olacaq. Pul yığmır, sadəcə qəzet satan qızdır". 

Aygün Kazımova ilə münasibətlərini yoluna qoyan Ramal artıq onların arasına heç kimin girə bilməyəcəyini söyləyib: 

"Bizim aramıza kim girsə, mən hər hansı mahnı ilə o araya girənləri baltalaya bilərəm". Ramal tez-tez Türkiyədə olan həmkarlarından birinə atmaca da atıb: 

"Divanın atdığı addımları heç kim atmayıb, bundan sonra da atmayacaq. Nəyisə edənlər də hər hansı işi ondan sonra görənlərdir. Divadan sonra gələn gənclər harada parlayırsa-parlasın - istər Türkiyədə, istərsə də Moskvada - Aygün yolu qoyub artıq".

Milli.Az


Tags:  Ramal Aygün Kazımovaya vəzifə verdi VİDEO


RƏYLƏR


Top news