Qaxda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb

Qaxda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb
23:49 13 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə dekabrın 13-ü günorta saatlarında Qax şəhəri Natəvan küçəsində  baş verib.

 

Qax şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan İlqar oğlu Züliyevin idarə etdiyi “VAZ 2106” markalı, 34 BD 293 dövlət nömrə nişanlı avtomobillə Qax şəhər sakini Məmməd Qədir oğlu Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 512 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Məmməd Məmmədovun sərnişinləri,  Qax rayon sakinləri - 1968-ci il təvəllüdlü Ceyran Rəcəbova və 1971-ci il təvəllüdlü Həyat Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax  Rayon Mərkəzi Xəstəxanasına (RMX)  aparılıblar.

 

Qax RMX-dan APA-ya verilən məlumata görə, xəsarət alanlardan Məmməd Məmmədov, Ceyran Rəcəbova və Həyat Məmmədova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Ramazan Züliyevin xəsarətləri yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR