​Türkiyə öz hərbçilərinə Rusiyada istirahəti qadağan edib

​Türkiyə öz hərbçilərinə Rusiyada istirahəti qadağan edib
23:57 13 Dekabr 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Moskva və Ankara arasında davam etməkdə olan gərginlik fonunda öz hərbçilərinə Rusiyada məzuniyyət keçirməyi qadağan edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, əmrə əsasən, hərbçilər istənilən xarici səfər zamanı mütləq icazə almalı və ətraflı məlumat verməlidirlər.
Müvafiq göstəriş bütün növ qoşunların hərbi qulluqçularına şamil edilib.
İki ölkə arasında münasibətlər Rusiya "Su-24" təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşib. Hadisə nəticəsində 1 pilot ölüb, digəri xilas ola bilib.
Rusiya Türkiyəyə qarşı qadağalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-oz-herbcilerine-rusiyada-istiraheti-qadagan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR