Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada sirkdə gimnast 25 metr hündürlükdən yıxılıb

Rusiyada sirkdə gimnast 25 metr hündürlükdən yıxılıb

Şəmkirdə BƏDBƏXT HADİSƏ - Üzüm çardağından yıxılıb öldü (16 Mart 2017 13:47)
72 yaşlı kişi yıxılıb öldü (16 Mart 2017 13:44)
15 yaşlı azərbaycanlı Türkiyədə 30 metr hündürlükdən YIXILDI (14 Mart 2017 15:32)

Tarix: 14 Dekabr 2015 03:08

Bakı. Trend:

Rusiyada "Nikulin" sirkində "Damla" fənnini yerinə yetirərkən gimnast Darya Kuzmina 25 metr hündürlükdən manejin üstünə yıxılıb. Trend bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Sirkin mətbuat xidmətinin başçısı Yuri Nikulin bildirib ki, xilasedici torun hansı səbəbdən cırıldığını hələ ki bilmir: "Bu nömrə sığortasız yerinə yetirilir. Yeganə sığorta isə xilasedici tordu. Darya məhz onun üzərinə yıxılmalı idi, o isə, naməlum səbəbdən cırıldı", - deyə Nikulin bildirib.

Qeyd olunur ki, gimnast dərhal xəstəxanaya yerləşdirilib, "Damla" fənni isə premyerası 23 oktyabr tarixində baş tutmuş "Karnaval" tamaşasının proqramından çıxarılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Rusiyada sirkdə gimnast 25 metr hündürlükdən yıxılıb



RƏYLƏR


Top xəbərlər