ABŞ 40 ildən çox qüvvədə olan qadağanı ləğv edə bilər

ABŞ 40 ildən çox qüvvədə olan qadağanı ləğv edə bilər
05:01 14 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi gələn həftə 40 ildən çox qüvvədə olan ABŞ-dan neft ixracatına qoyulmuş qadağanı ləğv edə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə "The wall street journal" məlumat yayıb.

Agentliyə görə, Amerika nefti dünya bazarlarına təklifin ən yüksək həddə çatdığı, anomal isti qışla və digər faktorlarla əlaqədar tələbin əksinə olaraq kəskin şəkildə azalması fonunda çıxacaq.

Qanunvericiliyə dəyişiklik edilməsi barədə səsvermənin çərşənbə günü keçiriləcəyi bildirilir. Ağ Ev rəsmiləri bundan əvvəl verdikləri bəyanatda neft ixracatına icazə verən qanunun qəbul olunacağı təqdirdə, prezident Barak Obamanın ona veto qoyacağı ilə bağlı xəbərdar edib.

Ancaq yeni qanun layihəsində bərpa olunan enerji mənbələrinin inkişafına və ətraf mühitin mühafizəsinə dəstək olan ölçülər nəzərdə tutulduğundan, bu təşəbbüs prezidenti də razı sala bilər. Embarqonun ləğv olunmasını əsasən neft şirkətləri dəstəkləyir, belə ki, Amerikalı neft şirkətləri ABŞ neftinin dünya bazarına çıxmasının aşağı neft qiymətlərindən əziyyət çəkən istehsalçıların təchizatı artırmasına kömək olacağını iddia edir.

Digər tərəfdən neft hasilatçıları, həmçinin demokratik partiyanın bir sıra üzvləri benzin qiymətlərinin artacağından ehtiyat edərək, bu qanun layihəsinin əleyhinə çıxıb.

Şist neft bumu 2008-ci ildən bəri ABŞ-da neft hasilatını 90 faiz artırmağa kömək olub. Neft qiymətlərinin ucuzlaşması fonunda bu benzinin qiyməti 2009-cu ildən bəri ən aşağı qiymətə, 1 qalonu 2 dollara düşüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR