Parisdə "13 noyabr" teraktı qurbanları anıldı

Parisdə "13 noyabr" teraktı qurbanları anıldı
07:22 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Fransada paytaxt sakinləri və turistlər "Bataclan" konsert zalına gələrək "13 noyabr" teraktı qurbanlarının xatirəsini yad edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, sakinlər konsert zalı qarşısındakı abidəyə güllər və şamlar qoyub. Ekstrimistlərin "Bataclan" konsert zalı, yaxınlıqdakı restoran və kafelərdə, həmçinin Stad-de Frans stadionu qarşısında həyata keçirdiyi qanlı terror hücumlarından artıq bir ay ötür.

Bir-birilə əlaqələndirilmiş hücumlar nəticəsində 130 nəfər həyatını itirib, 350 -ə yaxın insan yaralanıb. Noyabrın 14-dən etibarən ölkədə fövqəladə vəziyyət elan olunub, Fransa paytaxtında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatıb, sakinlərin sərbət toplaşma hüququ məhdudlaşdırılıb, polisin və hərbçilərin anti-terror əməliyyatları, reydlər, evlərdə axtarışlar və həbslər həyata keçirməsi üçün səlahiyyətləri artırılıb. Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir çox sakinlər hələ də küçələrə arxayın şəkildə çıxa bilmir.

"Məlum hadisənin üstündən 1 ay keçib. Bizim üçün bu sanki dünən baş verib. Baş verənləri telekannalarda izləyirdik. Terakt baş verməzdən əvvəl həftəsonuna planlarımız var idi, ancaq sonradan planları təxirə saldıq", Kambray vilayət sakini Frank Desesprinqal bildirib.

"İnsanları qurbanları hələ də yad etməsi çox yaxşıdır. Həyat davam edir. Biz burada olduğumuzu və yaşamağa davam etdiyimizi, və (qorxub) gizlənmədiyimizi göstərməliyik", Aviqnon şəhər sakini Mirel Auqusti deyib.

Bu arada hücumlarla bağlı istintaq davam edir. Teraktı planlaşdırmaqda və həyata keçirməkdə şübhəli bilinən Salah Əbdislam və Məhəmməd Abrini hələ də axtarışda olsa da, hücumlarla əlaqələli bir neçə şübhəli məsuliyyətə cəlb olunub. Son bir ay ərzində fransa polisi 2 mindən çox axtarış əməliyyatı keçirib, həmin reydlər zamanı 300 nəfər saxlanılıb, 400ə yaxın silah müsadirə olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR