Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzərdə daha böyük fəlakət ola bilərdi - VIDEO

Xəzərdə daha böyük fəlakət ola bilərdi - VIDEO

Date: 14 December 2015 07:32

İndi Xəzərdə başqa bir mövzu da çox vacibdir. Ekoloji fəlakətə yol verilməməlidir. Dövlət Neft Şirkəti "Xəzər Dəniz Gəmiçiliyi" əlindən gələni edir ki, bu baş verməsin. Öz əlindən gəlməyənlər varsa, onlar da başqa əlindən gələnlərə müraciət etməyə çalışır. 

Tarix belə yanğınların fəsadlarını çox görüb. Meksika körfəzində, Özbəkistanda söndürülməsi olduqca uzun çəkən yanğınlar olub. 

Bu yanğını mümkün qədər tez və səliqə ilə söndürmək hələ ki, mümkün olmayıb. Bəs, bu gün Xəzərdə vəziyyət necədir və təbii fəlakətin ekoloji fəlakətə keçməsi nə qədər realdır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks ekoloji monitorinq idarəsinin rəisi Nadir Cahangirov və həmin nazirliyin Ətraf Mühitin Mühafizəsi departamentində şöbə rəisi Mirsalam Qəmbərovla söhbət edirik.

- Mirsalam müəllim, Xəzərdəki fəlakətlə bağlı bu saatadək hansı məlumatlarımız var?

- Qeyd edim ki, hadisə baş verən 10-cu platforma xoşbəxtlikdən köhnə neft quyuları bazasında fəaliyyət göstərir. Yəni burda mövcud olan quyular, bir neçə il bundan qabaq istismar olunub və fantan quyuları deyil. Mövcud olan 21 ədəd neft quyusu qaz üsulu ilə işlədiyinə görə, texnoloji reqlament əsasında, qurudakı yataqlara təzyiq artırmaq üçündür. Hadisə baş verən zaman artıq bütün kəmərlər bağlanıb. Hazırda bu 21 ədəd quyudan neftin axması, sızması ehtimalı yoxdur. Yerdə qalan yeddi quyu isə qaz və qaz-kondensant quyulardır ki, bunun nəticəsində də platformada güclü yanğın baş vermiş və yangın bu günədək davam etməkdədir. Hesab edirik ki, qazın yanması məhz ətraf mühitə atılan zərərli tullantıları azaldır. Bu da sonda ekoliji fəsadın yaranmamasına səbəb olur. Bu quyularda baş vermiş yanğının söndürlməsindən sonra, ekoloji fəsadların aradan qaldırılması üçün əsas məsələlər ortaya çıxacaq. Nə mənada? Yanğın ram edildikdən sonra, quyular arasındakı ara məsafəsində olan neft, kondensat sızmaları açıq dənizə axıdıla bilər. Bundan sonra neft məhsulunun idarə olunması, dənizə axıdılan neftin tezliklə onun yığılması və bu istiqamətdə nəzərdə tutulan o tədbirələr planına uyğun həyata keçirməsi həm Dövlət Neft Şirkəti, həm BP şirkəti, həm də digər aidiyyati qurumlarla birlikdə koordinasiya olunmuş bir şəkildə işləyirik. Və bunlar həyata keçirilərsə, hesab edirəm ki, bu qəzanın Xəzər dənizinə böyük bir təsiri olmayacaq. İlk öncə bizdə olan məlumata görə, platformanın yerləşdiyi ərazi kompleks şəklində xüsusi avadanlıqla təhciz olunmuş gəmilərlə əhatə olunacaq və axıdılan neftin təmizlənməsi prosesi təmin olunacaq. 

- Artıq orada müayinə aparılıb və müayinəni ilkin nəticələri ilə bağlı bizə nəsə deyə bilərsiz?

- Baş verən məlum hadisə ilə bağlı ərazidə ilkin monitorinqlər keçirilib. Monitorinq zamanı su və havadan nümunələri götürülmüşdü. Həmin nümünələr üzərində təhlilər aparılmışdır. Və aparılmış təhlilərin nəticəsindən bəlli oldu ki, suda bir çirklənmə yoxdur.

Müsahibəyə daha ətraflı aşağıdakı video materialda baxa bilərsiniz...

Mir Şahin
Hesabat


Tags:  Xəzərdə böyük fəlakət ola bilərdi VIDEO


RƏYLƏR


Top news