Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentə qarşı onlarla şəhərdə etiraz aksiyası (VİDEO, FOTO)

Prezidentə qarşı onlarla şəhərdə etiraz aksiyası (VİDEO, FOTO)

Date: 14 December 2015 07:36

Braziliyada prezident Dilma Rusefin impiçmenti tələbi ilə onlarla şəhərdə etiraz aksiyaları keçirilib.

ANS PRESS-in məlumatına görə, Ria da Janeyro və Sao Paoloda minlərlə insan ölkənin futbol yığmasının sarı rəngli köynəklərində küçələrə çıxaraq, dövlət neft şirkətində ortaya çıxmış böyük korrupsiya qalmaqalına görə prezidenti və onun Fəhlə partiyasından gileylənib.

Etirazçılar ölkə parlamentini prezidenti istefaya göndərməyə çağırıb. İmpiçmentin təmin olunması üçün parlamentin Aşağı palatasının spikeri Eduardo Kunyanın təşəbbüsü ilə ayın əvvəli başlanılmış araşdırma hələ yekunlaşmayıb. Braziliya ali məhkəməsi parlamentdə impiçmentlə bağlı müzakirələrin müvəqqəti olaraq dayandırılmasına dair qərar çıxarıb.


Dilma Rusef - Braziliya prezidenti

Kunyanın iddialarına görə, Rusefin administrasiyası, büdcədəki boşluqları dövlət banklarından ayrılan transfertlər hesabında aradan qaldırmaqla ölkənin maliyyə qanunlarını kobud şəkildə pozmuş olub. Braziliya rəhbərliyi bu ittihamları rədd edir.

Dilma Rusef 2011-ci ildən Braziliya prezidentidir. O bundan əvvəl energetika naziri (2003 - 2005), Prezident adminstrasiyasının rəhbəri (2005 - 2010) vəzifələrində çalışıb.







Tags:  Prezidentə qarşı onlarla şəhərdə etiraz aksiyası VİDEO FOTO


RƏYLƏR


Top news