Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki ölkə arasında "Güllə qatarı"

İki ölkə arasında "Güllə qatarı"

Date: 14 December 2015 07:52

Hindistan höküməti ölkənin köhnəlmiş dəmiryolu sistemini müasirləşdirmək məqsədilə Yaponiya hökümətindən yüksək-sürətli ekspres qatarları alacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, irimiqyaslı razılaşma barədə ölkənin baş naziri Narendra Modi bəyanat verib.

Tikiləcək yüksəksürətli dəmiryolu xətti Mumbayla Əhmədabad şəhərlərini birləşdirəcək və sərnişin daşıma vaxtını 8 saatdan 2 saata qədər qısaldacaq.

İkitərəfli müqavilə Yaponiya baş naziri Şinzo Abenin 3 günlük səfəri çərçivəsində Dehlidə aparılan danışıqlardan sonra bağlanıb.

"Güllə qatarı" adlandırılan yüksəksürətli - ekspress dəmiryolu texnologiyasının Hindistanda tətbiqinə, o cümlədən dəmiryolu xəttlərinin salınması və yeni qatarların alınmasına görə büdcədən 14.7 milyard dollar vəsait ayrılacaq.
Milli.Az


Tags:  İki ölkə arasında Güllə qatarı


RƏYLƏR


Top news