Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı mümkün neft dağılmaları ilə mübarizə məqsədilə işçi qrupu yaradılıb

“Günəşli” yatağındakı mümkün neft dağılmaları ilə mübarizə məqsədilə işçi qrupu yaradılıb

Date: 14 December 2015 09:13


Bakı, 14 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır. Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bundan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə məqsədilə Fövqəladə Hallar Nazirliyi, SOCAR və bp şirkəti olmaqla işçi qrupu yaradılıb. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Tags:  Günəşli yatağındakı mümkün neft dağılmaları mübarizə məqsədilə işçi qrupu yaradılıb


RƏYLƏR


Top news