Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtkin düşənlərin axtarışı davam edir

İtkin düşənlərin axtarışı davam edir

Date: 14 December 2015 09:36

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Axşam.az xəbər verir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.


Tags:  İtkin düşənlərin axtarışı davam edir

RƏYLƏR


Top news