Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün Avropanın ən yaxşılarının taleyi müəyyənləşəcək

Bu gün Avropanın ən yaxşılarının taleyi müəyyənləşəcək

Date: 14 December 2015 09:37

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cütlükləri məlum olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi təşkil ediləcək.
 
Qrup qalibləri ilə ikincilər fərqli səbətdə yer alıblar. Bu da o deməkdi ki, 1-ci yerin sahibləri növbəti mərhələdə 2-cilərlə qarşılaşacaq. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq.
 
Bu mərhələdə eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməzlər.
 
Ümumilikdə 1/8 final mərhələsində 10 ölkə təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə 3, Almaniya ilə İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə 1 komanda ilə təmsil olunacaqlar. 

Səbətlər:
Qrup qalibləri: "Real", "Atletiko", "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bavariya" (hər ikisi Alrmaniya), "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Zenit" (Rusiya)

Qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo" (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).

Milli.Az


Tags:  gün Avropanın yaxşılarının taleyi müəyyənləşəcək

RƏYLƏR


Top news